Sağlam həyat
Sağlam yaşam tərzinə və sakinlərimizin sağlam mühitdə yaşamasına önəm verən “Baku City Residence Olimpik” bütün şəraiti yaratmışdır. Açıq havada fəaliyyət göstərəcək idman meydançaları, futbol-basketbol stadionları, velosiped zolağı, o cümlədən Beynəlxalq fitnes şəbəkəsi sizin və ailə üzvlərinizin həyat tərzinə sağlamlıq qatacaq.
Rahatlığınız üçün
Yaşayış kompleksinin ərazisində hər yaşda uşaqlar üçün müasir təchizatlı oyun meydançaları yaradılacaq. “Olimpik”in daxilində fəaliyyət göstərən uşaq bağçası və məktəbdə təhlükəsiz daxili yollar sayəsində övladlarınız etibarlı və güvənli şəkildə təhsil alacaqlar.
Rahatlığınız və istirahətiniz üçün Bakının gözəl və keyfiyyətli restoran, kafeləri fəaliyyət göstərəcək. Kompleks ərazisindən çıxmadan rahat şəkildə ağız dadınıza uyğun hər şeyi tapa biləcəksiniz.
Təhlükəsizlik və Rahatlığınız
Kompleksdə hər blokda təhlükəsiz və 24 saat kamera müşahidəli ikisi sərnişin, biri yük lifti olmaqla, 3 lift fəaliyyət göstərir. Yüksək sürət və qısa gözləmə müddəti mərtəbələr arasında rahat və təhlükəsiz hərəkəti təmin edəcək. Kompleks daxilində fəaliyyət göstərən camaşırxana və market xidmətləri isə həm əlinizdən tutacaq, həm də işinizi asanlaşdıracaq.
İnşasında yüksək standartlara cavab verən tikinti materiallarından istifadə olunan “Baku City Residence Olimpik”də təhlükəsiz və keyfiyyətli 16 mərtəbəli yaşayış binalarında səs izolyasiyalı, uzunömürlü və dayanıqlı mənzillər yolunuzu gözləyir.
“Baku City Residence Olimpik” 24 saat mühafizə və video-müşahidə, aydın işıqlandırma sistemləri sayəsində özünüzü və ailənizi tam təhlükəsiz və güvəndə hiss edəcəyiniz bir dünya yaradır.
Avtodayanacaq
Ən böyük problemlərdən biri olan parkinq məsələsini dərd etməyin. 945 avtomobil yeri və dörd giriş-çıxış yolu olan, yaşayış məkanından kənarda yerləşən, mənzil sayına uyğun ikimərtəbəli yeraltı parkinq sizi əlavə qayğılardan azad edəcək. Uşaqların təhlükəsizliyi üçün avtodayanacaq yerləri ilə uşaq oyun meydançası arasında xüsusi məsafə nəzərə alınmışdır.
Parkinqdə elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri də fəaliyyət göstərəcək.
Eko-dostluq
Şəhəri tərk etmədən təbiətə yaxın olmaq? 4.5 hektarlıq gözoxşayan yaşıllıq, kompleks daxilində geniş park, 3 dəqiqəlik məsafədə yerləşən Böyükşor gölünün ekoloji rahatlığı sizə dinclik bəxş edəcək.
EKO-dostluğumuzun ən gözəl nümunələrindən biri də elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin fəaliyyəti olacaq.
Kompleks daxilindəki parkımızda yalnız siz deyil, həm də ev heyvanlarınızı – balaca dostlarınızı gəzdirə biləcəksiniz.
Əlverişli yatırım
Gələcək üçün yatırım etmək, pulunuza dəyər qatmaq istəyirsiniz? “Baku City Residence Olimpik” biznesinizin inkişafı yolunda ən uğurlu seçimdir. Günbəgün dəyərlənən yaşayış kompleksindən elə indi başlanğıc qiymətlərlə mənzil sahibi olun, gələcəyiniz üçün doğru sərmayə yatırın. “Baku City Residence Olimpik” - arzularınızı reallığa çeviririk!
“Baku City Residence Olimpik” arzularınıza daha yaxın olun!