Sağlam həyat

“Baku City Residence Olimpik” sakinlərin sağlamlığına və sağlam yaşam tərzinə önəm verir.

 

İstər açıq havada idman meydançaları, yaşıllıq boyunca inşa olunan gəzinti və velosiped zolaqları, istərsə də yaşayış kompleksinin daxilində fəaliyyət göstərəcək hovuz, beynəlxalq standartlı idman zallarımız və fitnes mərkəzlərimiz sizin xidmətinizdə olacaq. Eyni zamanda, yaşayış ərazisini tərk etmədən və yollarda vaxt itirmədən günün istənilən saatı idmanla məşğul olacaq və həyatınıza sağlamlıq qatacaqsınız.

 

“Baku City Residence Olimpik” - sağlamlağınızı düşünür!

Rahatlığınız üçün

“Baku City Residence Olimpik” övladlarımızın həm vaxtlarını səmərəli və sağlam keçirmələri, həm də sevdikləri idman növü olan futbol ilə intensiv məşğul olmaları üçün yaşayış kompleksinin həyətində keyfiyyətli futbol stadionu və uşaq oyun meydançası inşa edib. 

 

Uşaq bağçası və məktəblərin kompleksin yaxınlığında yerləşməsi sayəsində isə övladlarınız təhlükəsiz və güvənli şəkildə təhsil alacaq, valideynlər vaxtlarına qənaət edəcək.

 

“Baku City Residence Olimpik” istirahətinizi də düşünür. Bakının ləzzətləri və xidmət keyfiyyəti ilə seçilən kafe-restoran və əyləncə mərkəzlərinin kompleksin bir addımlığında yerləşməsi sakinlərə zövqlü və komfortlu yaşam təqdim edir.

Təhlükəsizlik və Rahatlığınız

“Baku City Residence Olimpik”in 24/7 kamera nəzarəti və təhlükəsizlik sistemi sayəsində sakinlərimiz daim əmin-amanlıq içərisində yaşayacaqlar. Həmçinin təhlükəsizlik kameralarına giriş icazəsinin olması onlara yaşadıqları ərazini izləmək imkanı verəcək.

 

Bundan əlavə, yaşayış kompleksində binaların hər birində Avropa istehsalı “KONE” markalı 2 ədəd sərnişin və 1 ədəd yük lifti sakinlərin ixtiyarına verilib. Yüksək sürət və qısa gözləmə müddəti mərtəbələr arasında komfortlu və təhlükəsiz hərəkəti təmin edəcək. Üstəlik, minimal səsli liftlərin fəaliyyəti mənzillərdə yaşayan sakinlərin istirahətinə maneə olmayacaq. 

 

“Baku City Residence Olimpik” yaşayış kompleksində mənzillər sağlam bünövrə üzərində tikilsin deyə, innovativ həllərdən və yüksək keyfiyyətli tikinti materiallarından istifadə edirik. Təhlükəsiz və keyfiyyətli 16 mərtəbəli yaşayış binalarında səs izolyasiyalı, uzunömürlü və dayanıqlı mənzillər yolunuzu gözləyir. 

Avtodayanacaq

“Baku City Residence Olimpik”də hər binada 945 yerlik geniş, rahat və yüksək standartlara cavab verən yeraltı avtodayanacağın olması şəxsi avtomobil sahiblərini parkinq problemindən azad edir. Parkinqdə 24/7 kamera müşahidəsi sayəsidə avtomobilinizin təhlükəsizliyi nəzarət altındadır.

 

Avtodayanacaqda yeni nəsil elektrik avtomobillərinə özəl fəaliyyət göstərəcək enerjidoldurma nöqtələri sakinlər üçün düşünülmüş komfort yaradır. 

Eko-dostluq

Şəhəri tərk etmədən təbiətə yaxın olmaq? Bu yalnız “Baku City Residence Olimpik”də mümkündür! Biz yaşıllığı sevirik və kompleksimizdə ekoloji cəhətdən təmiz mühit yaratmaq əsas məqsədlərimizdəndir. 

 

4.5 hektarlıq yaşıllığa bürünmüş park, kompleksdən 3 dəqiqəlik məsafədə yerləşən Böyükşor gölünün ekoloji rahatlığı həyatınıza hüzur və harmoniya bəxş edəcək.

 

Təbiət dostu olduğumuzun ən bariz göstəricisi ilə kompleksimizdə elektrik avtomobilləri üçün enerjidoldurma məntəqələrinin fəaliyyət göstərməsidir.

 

Bundan əlavə, “Baku City Residence Olimpik” geniş və yaşıl ərazisi ilə sizin və balaca dostunuzun qulluğundadır! Üstəlik, kompleksin ərazisi bağlı olduğu üçün balaca dostlarınızın təhlükəsizliyi də nəzarət altında olacaq. 

Əlverişli yatırım

Gələcək üçün yatırım etmək, pulunuza dəyər qatmaq istəyirsiniz?

“Baku City Residence Olimpik” biznes sahibləri üçün doğru ünvan, gələcəyə edilən qazanclı yatırım, həmçinin biznesinizin inkişafı yolunda ən uğurlu seçimdir. 

Əlverişli yerləşmə, müasir və geniş infrastruktur, axtarılan hədəf kütləsi, böyük insan traffiki, eləcə də sərfəli satış və icarə şərtləri “Baku City Residence Olimpik”in əsas fərqləndirici üstünlüyüdür.

Siz ideyanızı hazırlayın, “Baku City Residence Olimpik”də biznesinizə hər zaman yer tapılacaq!